Naxçıvan Muxtar Respublikasında dekabr ayının 5-nə...
23:45 04.12.2024
0
0
0
NAXÇIVAN :
05 Dekabr 2024, Cümə axşamı
3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsi üzrə, ümumilikdə, 65 məntəqə fəaliyyət göstərir. Onlardan 60-ı daimi, 5-i isə yeni yaradılmış məntəqələrdir. Həmin məntəqələrin 29-u Babək rayonunda, 29-u Şahbuz rayonunda, 7-si isə Kəngərli rayonunda yerləşir. Seçki məntəqələrinin hamısına tam təmirli və müasirtipli binalarda yer ayrılıb. Seçkilərin şəffaf şəkildə keçirilməsi üçün isə hər cür şərait yaradılıb.
Dairə sədri Taməddin Hüseynovun verdiyi məlumata görə, dairə üzrə 47 min 576 seçici qeydə alınıb. Onlardan 24 min 613-ü Babək rayonunun, 16 min 259-u Şahbuz rayonunun, 6 min 704-ü isə Kəngərli rayonunun seçiciləridir. Qeydə alınmış seçicilərdən 701 nəfər isə ilk dəfə səs verən vətəndaşlardır ki, onların da 371-i Babək rayonunun, 221-i Şahbuz rayonunun, 109-u isə Kəngərli rayonunun seçiciləridir. Ən yaşlı seçici isə 1928-ci il təvəllüdlü (96 yaşlı) Kiçikoba kənd sakini Ayna Muxtar qızı Qasımovadır.
Taməddin Hüseynov onu da bildirdi ki, seçicilərdən 2 nəfər – 9 saylı məntəqədə səs verəcək Sadıqov Məhəmməd Elnur oğlunun və 39 saylı məntəqədə səs verəcək Zeynalov Abbas Şəmsi oğlunun doğum günləri də bu günə təsadüf edib.
Bununla yanaşı, dairə üzrə 7 məntəqədə – Babək rayonu ərazisindəki 1, 2, 3, 20 və 23 saylı məntəqələrdə və Şahbuz rayonu ərazisindəki 37 və 40 saylı məntəqələrdə veb-kameralar quraşdırılıb.
Seçicilər, ümumilikdə, 8 namizədə səs verəcəkdir.
Müşahidələrimizə əsasən deyə bilərik ki, 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsinin 1 və 2-3 saylı seçki məntəqələrində şəffaflığa tam riayət olunurdu. Seçici Əkbər Hüseynzadə bildirdi ki, ailə üzvləri ilə birlikdə bu seçkilərdə də iştirak edir: “Seçkilərdə iştirak etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Mən və ailə üzvlərim mütəmadi olaraq seçkilərdə iştirak edirik. Bu seçkidə də öz istədiyimiz namizədə səs verdik. Bütün namizədlərə uğurlar arzu edirəm”.
2-3 saylı məntəqədə səs verən bir digər müsahibimiz 87 yaşlı Adil Cəmilov da deyir: “Qalib xalqın nümayəndəsi olaraq seçkilərdə iştirak etmək böyük qürur verir mənə. Allah Azərbaycan xalqını azad və firavan etsin. Bu gün seçkilərdə namizədliyini irəli sürənlərə uğurlar arzu edirəm. İnanıram ki, xalqımızın seçimi ilə hər namizəd öz layiqli yerini tutacaqdır”.
Digər xəbərlər