NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Redaksiya heyəti

Baş redaktor: Əzimova Sara Nurəddin qızı 

12 aprel 1986-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur.

2007-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin bakalavriat səviyyəsini  bitirmişdir.  

Əmək fəaliyyətinə 2005-ci ildə “Şərq qapısı” qəzetində müxbir kimi başlamış, həmin qəzetdə 2008-2011-ci illərdə  məsul katib müavini vəzifəsində çalışmışdır.  2011-2016-cı illərdə “Şərq qapısı” qəzetində şöbə müdiri vəzifəsində fəaliyyət göstərmişdir. 2007-2011-ci illərdə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə, 2011-2016-cı illərdə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris etmişdir. 2011-2016-cı illərdə Naxçıvan Mətbuat Şurasında idarə heyətinə üzv seçilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 31 avqust tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının 4 il müddətinə üzvü seçilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 2 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının yenidən 4 il müddətinə üzvü  seçilmişdir.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2023-cü il  26 dekabr  tarixli Sərəncamı ilə “Şərq qapısı” qəzetinin baş redaktoru təyin edilmişdir.  Hazırda həmin vəzifədə çalışır. 07.03.2014-cü il tarixdə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilmişdir.  20.07.2015-ci il tarixdə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.   

2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2005-ci ildə Bakı şəhərində keçirilən Azərbaycan Gənclərinin IV Forumunun iştirakçısı olmuş,  Azərbaycan Qadınlarının IV və VI qurultaylarına nümayəndə seçilmişdir.

2 övladı var.

 


Baş redaktor müavini: Babayev Məmməd İlqar oğlu

30 aprel 1987-ci ildə Naxçıvan şəhərində anadan olub. 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Jurnalistika ixtisasını, 2012-ci ildə magistratura səviyyəsinin mətbuat tarixi ixtisaslaşmasını bitirib.

Əmək fəaliyyətinə 2005-ci ildə Naxçıvan Dövlət Radiosunda başlayıb, 2006-cı ildən “Naxçıvanın səsi” radiosunda fəaliyyətini davam etdirib. 2010-2012-ci illərdə “Nuh yurdu” qəzetində müxbir olaraq çalışıb. 2011-2013-cü illərdə Naxçıvan Dövlət Universitetində laborant, müəllim kimi fəaliyyət göstərib.

2013-cü ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə məsləhətçi vəzifəsinə təyin olunub. Həmin il iyulun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru təyin edilib.

2018-2020-ci illərdə Naxçıvan Televiziyasında baş redaktor vəzifəsində çalışıb. Müxtəlif sənədli filmlərin hazırlanmasında və səsləndirilməsində iştirak edib. 2021-2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti olaraq fəaliyyətini davam etdirib.

Naxçıvan Dövlət Universitetinin saathesabı müəllimi olaraq Jurnalistika ixtisasında müxtəlif ixtisas fənlərinin tədrisini davam etdirir.

2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2014-2019-cu illərdə yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatı Siyasi Şurasının və İdarə Heyyətinin üzvü olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 8 avqust 2023-cü il tarixli Sərəncamı ilə “Şərq qapısı” qəzetinin baş redaktorunun müavini təyin edilib.