NAXÇIVAN :

05 Sentyabr 2026, Şənbə

Naxçıvanın bəzi ərazilərində su olmayacaq

...

Sentyabrın 7-si günün ikinci yarısından etibarən diametri 160 mm olan magistral su xəttindən “MİDA” MMC-nin inşa etdiyi yaşayış kompleksinə birləşmə verilməsi həyata keçiriləcək.
"Şərq qapısı" xəbər verir ki, bu səbəbdən Naxçıvan şəhərinin Babək məhəlləsi və Əliqulu Qəmküsar küçəsinin kəsişməsində suyun verilişində gün ərzində fasilə yaranacaq.
İşlər bitdikdən sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq.

Nəşr edilib : 05.09.2026 15:01