Hörmətli redaksiya
20:20 05.09.2026
0
0
0
Bu gün İçərişəhərin Qoşa qala meydanında Şanlıurfanın zəngin tarixi və mədəni irsini tanıtmaq məqsədilə “Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyəti Günləri”nin açılışı olub.
“Şərq qapısı” xəbər verir ki, ikigünlük proqram çərçivəsində Şanlıurfanın minilliklərə söykənən tarixi, mədəni irsi, milli mətbəxi, ənənəvi sənətkarlıq nümunələri, folkloru və musiqisi Bakı sakinlərinə və şəhərin qonaqlarına təqdim ediləcək.
Bakı Yunus Əmrə İnstitutunun ev sahibliyi, Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) dəstəyi, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin töhfələri və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbir Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Tədbirin açılışında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar, TÜİB İdarə Heyətinin sədri Hüseyn Böyükfırat, Yunus Emre İnstitutunun sədr müavini Ömər Yıldız, Samsat Böyükşəhər Bələdiyyəsinin sədri Halil Fırat çıxış ediblər.
Digər xəbərlər