Azərbaycanın Almaniyadakı səfiri Aşağı Saksoniya t...
15:09 05.09.2026
0
0
0
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev erməni rejissor tərəfindən çəkilmiş "The Black Garden" sənədli filminə dair "The Guardian" qəzetində dərc olunmuş rəyə münasibət bildirərək həmin nəşrə məktub ünvanlayıb.
Bu barədə Mərkəzdən məlumat verilib.
Fərid Şəfiyev məktubunda "The Guardian" qəzetində dərc olunmuş rəydə Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib. O, sözügedən rəydə Azərbaycanın ərazilərinin işğalı, azərbaycanlı əhalinin öz doğma yurdlarından məcburi köçürülməsi, habelə BMT Təhlükəsizlik Şurasının bu məsələyə dair müvafiq qətnamələri ilə bağlı mühüm tarixi və siyasi kontekstin nəzərə alınmadığını vurğulayıb.
"Erməni rejissor tərəfindən çəkilmiş The Black Garden" sənədli filminə dair "The Guardian"qəzetində dərc olunmuş rəy keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin açıq-aşkar qərəzli rakursdan təqdim edilməsi ilə diqqəti cəlb edir və bu baxımdan, filmin özü müzakirə çərçivəsindən əhəmiyyətli dərəcədə kənarda qalır. Cəmi bir neçə cümlə ilə rəydə dərin birtərəfli siyasi narrativ təkrarlanır və nəticədə əraziləri Ermənistan tərəfindən təxminən üç onillik ərzində işğal altında saxlanılmış, beynəlxalq səviyyədə tanınmış dövlət olan Azərbaycan faktiki olaraq təcavüzkar tərəf kimi təqdim edilir. Bununla yanaşı, Ermənistan tərəfi isə demək olar ki, yalnız qurban prizmasından təqdim olunur".
Digər xəbərlər