NAXÇIVAN :

05 Sentyabr 2026, Şənbə

Hörmətli redaksiya

...

Qədim elimin zəhmətkeş insanlarına salam olsun! Ötən əsrin 90-cı illərinin əvvəllərində bir tərəfdən blokada, bir tərəfdən də mənfur qonşumuz ermənilərin ardı-arası kəsilməyən hücumları Naxçıvanda çox təhlükəli, daha dəqiq desək, qorxunc bir vəziyyət yaradırdı. Düşmən öncə Mehri ərazisindən keçən elektrik xətlərini sıradan çıxarıb Naxçıvanı qaranlığa qərq etmiş, ardınca isə hücumlarını davam etdirmişdi. Biz naxçıvanlılar həmin illərdə qəlbimizdəki Vətən sevgisinin istisində isinib, işığında döyüşdük. Ulu Öndərimizin ətrafında birləşib, yumruq olduq. Onun Naxçıvana qayıdışı ilə qədim diyarımız dirçəldi, müdafiə olundu və qalib gəldi. Sözümün canı budur ki, illər əvvəl çəkilən əziyyətlərin keçmişin xatirəsinə çevrilməsinin əsas səbəblərindən biri də mavi yanacaq, elektrik enerjisi və içməli su ilə bağlı problemlərin öz həllini tapmasıdır. İndi hər kəs həmin qayğıların əksəriyyətindən uzaqdır, öz gündəlik həyatına və əməyinə daha çox vaxt ayırır. Ulu Öndərimizin Naxçıvana gəlişindən sonrakı illərdə problemlərin mərhələli şəkildə həllinə başlanıldı. Dövlətimizin ucqar dağ kəndlərinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi olaraq yaşayış məntəqələri fasiləsiz elektrik enerjisi və mavi yanacaqla təmin edildi. Kəndlərdə yenidən canlanma yarandı əkin sahələrində ən müasir texnikaların səsləri eşidildi. İnsanlar indi vaxtını ərzaq və yanacaq növbələrinə deyil, Naxçıvanın inkişafına, abadlaşıb və gözəlləşməsinə sərf edir. Hər kəs öz məhsuldar fəaliyyəti ilə ümumi işə töhfəsini verməyə çalışır. Bu gün Naxçıvan “yaşıl enerji” bölgəsinə çevrilib. Dövlətimiz, qurub-yaradan əllər var olsun! 

    Nadir MƏMMƏDOV
    Sədərək rayonu, Sədərək kənd sakini 

 

Nəşr edilib : 05.09.2026 20:20