Bahar Muradova: Səylərin birləşdirilməsi ekoloji p...
12:23 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
Bu gün Naxçıvan Müəllimlər İnstitutunun kitabxanasının, Ümumi fənlər və İncəsənət kafedrasının birgə təşkilatçılığı ilə "COP29 Azərbaycan: Yaşıl dünya naminə həmrəy olaq!" adlı tədbir reallaşıb.
Tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov mövzu ilə bağlı çıxış edib, hazırda ölkəmizin paytaxtı Bakı şəhərində keçirilən COP29-un dünya üçün əhəmiyyəti, sonrasında görülməli tədbirlər və bu sahədə ali təhsil müəssisəsi olaraq üzərlərinə düşən vəzifələr haqqında fikirlərini bildirib.
Sonra Ümumi fənlər kafedrasının müəllimləri Gülnarə Səfərovanın "Dayanıqlı gələcək: COP29-un rolu və perspektivləri" mövzusunda, həmçinin Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü Günel İbrahimovanın "Ekoloji Maarifləndirmə və yeni çağırışlar" mövzusunda və Naxçıvan Müəllimlər İnstitutu Tələbə-Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən EKO klub sədri, eyni zamanda ictimai birliyin insan resursları üzrə məsul üzvü Röya Məmmədovanın "Yaşıl gələcək uğrunda: Gənclərin həmrəyliyi" mövzusunda çıxışları dinlənilib.
Bildirilib ki, COP29-da qəbul ediləcək qərarlar, uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasında kritik əhəmiyyət kəsb edəcək.
Dayanıqlı gələcək üçün əsas prioritetlərdən biri, təbii resursların səmərəli istifadəsi və eyni zamanda iqtisadi inkişafın ətraf mühitə mənfi təsirini minimuma endirməkdir. Bu, həm də bərpa olunan enerji mənbələrinin istifadəsinin artırılması, ətraf mühitin çirklənməsinin qarşısının alınması və ekosistemlərin qorunması kimi məsələləri əhatə edir.
Diqqətə çatdırılıb ki, iqlim dəyişikliyi problemlərinin kompleksliyi və qlobal təbiəti, sadə maarifləndirmə yanaşmalarını çatdırmaqda çətinliklər yaradır. İnsanların iqlim dəyişikliyinin səbəbləri, nəticələri və həll yolları barədə dərin məlumat alması və bu məsələlərə aid mövqelərinin formalaşdırılmasının vacibliyini vurğulayan natiqlər ekoloji maarifləndirmə yalnız məlumat verməklə kifayətlənməməli, insanların gündəlik həyatlarında ətraf mühitə daha az ziyan vuracaq seçimlər etməsi üçün konkret və praktik addımlar atılmalı, bu da müvafiq sosial və iqtisadi təşviqlərlə dəstəklənməlidir—deyiblər.
Sonda mövzuya həsr olunmuş sərgilərə baxış keçirilib, iştirakçılar tərəfindən nümayiş olunan əl işləri yüksək qiymətləndirilib.
Digər xəbərlər