Dünya birjalarında neft ucuzlaşıb
11:19 04.06.2025
0
0
0
“Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays arasında görüş keçirilib.
"Şərq qapısı" Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycanla OPEC+ formatında əməkdaşlıqdan məmnunluq ifadə edilərək, ölkəmizin neft bazarının tənzimləmə prosesində rolu yüksək qiymətləndirilib. Həmçinin enerjiyə artan tələbat fonunda karbohidrogenlər, o cümlədən neft sahəsinə investisiyaların vacibliyi qeyd olunub.
Azərbaycan Prezidentinin enerji növlərinin inkişafına dair rasional siyasəti OPEC-in Baş katibi tərəfindən yüksək qiymətləndirilib.
Söhbət zamanı qlobal neft bazarında inkişaf meylləri, OPEC və qeyri-OPEC ölkələri tərəfindən hasilat öhdəliklərinin icra səviyyəsi və enerji balansında neftin gələcək roluna dair müzakirələr aparılıb. Azərbaycan iyulda keçiriləcək OPEC Beynəlxalq Seminarına dəvət edilib.
Digər xəbərlər