NAXÇIVAN :

04 Iyun 2025, Çərşənbə

Əli Əsədov Pakistanın neft naziri ilə görüşüb

...

Azərbaycanın Baş naziri Əli Əsədov Pakistanın neft naziri Əli Pervaiz Maliklə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub.

“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərin beynəlxalq enerji əməkdaşlığının təşviqi baxımından əhəmiyyəti qeyd edilib.

Görüş zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olundu, perspektivli neft-qaz layihələri nəzərdən keçirilib.

Nəşr edilib : 02.06.2025 18:04