Azərbaycan Respublikası Prezidentinin Sərəncamı...
12:40 04.06.2025
0
0
0
Naxçıvan Təlim Mərkəzində dövlət idarəçiliyində peşəkar insan resurslarının formalaşdırılması məqsədilə həyata keçirilən təlim proqramları uğurla davam etdirilir. İyunun 2-də növbəti “İnsan resurslarının idarə edilməsi” təliminə start verilib. Bu mərhələdə 14 dövlət qurumunu təmsil edən 26 əməkdaş proqramda iştirak edir.
Altı həftə ərzində davam edəcək təlim proqramı çərçivəsində iştirakçılar insan resurslarının planlaşdırılması, işə qəbul və yerləşdirmə, motivasiya, performansın qiymətləndirilməsi, əmək münasibətlərinin idarə olunması və peşəkar inkişaf istiqamətində nəzəri və praktiki biliklərə yiyələnəcəklər.
Qrup işi, case study və interaktiv təlim metodlarına əsaslanan proqram, iştirakçıların real iş mühitində qarşılaşa biləcəkləri vəziyyətlərə adaptasiya olunmalarını asanlaşdırmaqla yanaşı, onların bacarıqlarının sistemli şəkildə inkişaf etdirilməsini hədəfləyir.
Qeyd edək ki, bu təlim proqramı iki qrup üzrə həyata keçirilir. Birinci qrupa aid təlimə mayın 27-də başlanılıb və hazırda uğurla davam etdirilir.
Naxçıvan Təlim Mərkəzi tərəfindən təşkil olunan bu təlimlər, dövlət qulluqçularının bilik və bacarıqlarını artırmaqla yanaşı, insan resurslarının idarə olunmasında müasir və səmərəli yanaşmaların tətbiqinə dəstək məqsədi daşıyır.
Digər xəbərlər