NAXÇIVAN :

16 Yanvar 2026, Cümə

Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan dünyaya daha böyük töhfələr verəcək

...

"Əgər bu gün Ermənistan rəhbərliyi konstruktiv siyasət sərgiləyirsə, Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində, Zəngəzur dəhlizi layihəsinin reallaşması yönündə müsbət addımlar atırsa, bu irəliləyiş heç də asanlıqla əldə edilməyib. Bu uğurun təməlində Azərbaycanın qətiyyətli mövqeyi, Ermənistanı sülhə məcbur etmək istiqamətində atılan məqsədyönlü siyasət dayanır".

Bu fikirləri "Şərq qapısı"na müsahibəsində Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar, şübhəsiz ki, dünyanın supergücləri tərəfindən də qəbul edilir və biz Amerika Birləşmiş Ştatlarının ölkəmizə verdiyi böyük dəstəyi görürük.

"Amerika Azərbaycanla Cənubi Qafqazın güclü lideri kimi əməkdaşlıq edir, ölkəmizin yaratmaq istədiyi dayanıqlı sülh və təhlükəsizliyə böyük töhfə verir. Azərbaycan ABŞ Prezidenti Donald Trampın bu istiqamətdə ciddi dəstəyini qazana bilib və Prezident İlham Əliyevin müəyyən etdiyi milli maraqlara əsaslanan hədəflərə doğru irəliləyirik. Bunun nəticəsidir ki, biz Ermənistanla sülh müqaviləsi imzalamağa, Zəngəzur dəhlizi layihəsini reallaşdırmağa çox yaxınıq.

Azərbaycan indiyədək dünya əhəmiyyətli bir çox nəhəng layihələrə müəlliflik edib, enerji, neft-qaz təminatı üzrə əvəzsiz işlər görüb. Amma Zəngəzur dəhlizi açıldıqdan, bölgənin nəqliyyat-kommunikasiya şəbəkəsi şaxələndikdən sonra Cənubi Qafqazda tamamilə yeni parlaq mənzərə yaranacaq. Şübhə yoxdur ki, bu təkcə bölgəmiz üçün deyil, bütün dünya üçün bənzərsiz dividentlər qazandıracaq", – deyə Sahil Kərimli qeyd edib.

Nəşr edilib : 07.01.2026 16:37