Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək...
13:15 05.11.2026
0
0
0
Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,5 faizini və ya 8 milyard 950 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək. Əmək pensiyalarının orta aylıq məbləğinin 2026-cı ildə 595 manat təşkil edəcəyi gözlənilir. 2027-ci ildə isə orta aylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır.
"Şərq qapısı" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında komitənin sədri Musa Quliyev deyib.
“Əvvəlki illərdə olduğu kimi, cari və növbəti ildə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti 50 faiz həddini qoruyaraq Beynəlxalq Əmək Təşkilatının sosial təminatın 40 faizlik minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcək", - deyə komitə sədri diqqətə çatdırıb.
Digər xəbərlər