Aztəminatlı ailələrə dəstək məqsədilə ünvanlı dövl...
12:13 05.11.2026
0
0
0
Ermənistanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi 2027-ci ildə qonşu ölkələrlə münasibətlərin normallaşdırılması və inkişafı prosesini davam etdirəcək.
"Şərq qapısı" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan parlamentin daimi komitələrinin birgə iclasında bildirib.
"Məqsədimiz Azərbaycanla mümkün qədər tez bir zamanda sülh sazişi imzalamaq və daha sonra onu ratifikasiya etmək üçün əlimizdən gələni etməkdir. O vaxta qədər biz, əlbəttə ki, sülhün daha da möhkəmləndirilməsi və əməkdaşlığın, məsələn, ikitərəfli ticarət sahəsində genişləndirilməsi üçün bir sıra addımlar atmağa davam edəcəyik", - o deyib.
Nazir, həmçinin Ermənistanın Türkiyə ilə münasibətləri məsələsinə də toxunub.
Digər xəbərlər