Nazir: Gələn il DSMF-nin özünü maliyyələşdirmək qa...
14:10 05.11.2026
0
0
0
“Məlum olduğu kimi, 2026-cı il avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ölkə üzrə 8-ci DOST Mərkəzi olan Naxçıvan Regional DOST Mərkəzi istifadəyə verilib. Mərkəzdə 15 istiqamət üzrə 164 xidmət göstərilir. Vətəndaş məmnunluğu göstəricisi 99 faizdən yüksəkdir. Fəaliyyətə başladığı vaxtdan indiyədək mərkəzə vətəndaşlardan 8 minə yaxın müraciət daxil olub. Müraciətlərin əksəriyyəti sosial müdafiə, pensiya və əmək məşğulluğu istiqamətləri ilə bağlıdır”.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Regional DOST Mərkəzinin direktor müavini Şamil Əliyev deyib.
O qeyd edib ki, vətəndaşlar hər hansı nazirliyin digər qurumlarına getmədən, vahid məkanda, “Bir pəncərə” prinsipi əsasında müxtəlif xidmətlərdən yararlana bilirlər. Mərkəzdə əsas fəaliyyət istiqamətləri ilə yanaşı, vətəndaşlara funksional və yardımçı xidmətlər də təqdim olunur.
"Məlumat üçün bildirim ki, 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində xidmətlərin daha əlçatan olması məqsədilə DOST qəbul şöbələrinin yaradılması planlaşdırılır", –deyə Şamil Əliyev əlavə edib.
Digər xəbərlər