Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Fes...
15:07 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Tarix boyu hər millətin taleyində elə anlar olur ki, o anlarda liderlərin böyüklüyü sınanır. Bəzi liderlər döyüş meydanında parlayır, kimi də diplomatiya masasında. Amma dünya siyasətində çox az lider tapılar ki, həm qətiyyətli sərkərdə, həm də sülhsevər dövlət başçısı obrazını bir şəxsiyyətdə birləşdirsin.
Azərbaycan xalqı uzun illər torpaq itkisi, ədalətsizlik və təcavüzlə üz-üzə qaldı. Ancaq ümidini heç vaxt itirmədi. O ümidin adı bu gün sadəcə bir xalqın deyil, bütün dünyanın qəbul etdiyi bir liderin adına bağlanır.
Prezident İlham Əliyev müstəqil Azərbaycanın inkişaf yolunda atdığı addımlarla, beynəlxalq siyasətdə nümayiş etdirdiyi prinsipial mövqeyi və ən əsası–Vətən müharibəsindəki tarixi qələbə ilə adını əbədi olaraq Azərbaycan xalqının yaddaşına yazdırdı. O, bu xalqın yalnız Lideri yox, həm də taleyinə yön verən memar oldu. Həm zəfərin, həm sülhün memarı.
Tarix göstərir ki, hər müharibədən sonra qarşıda dayanan ən çətin vəzifə–sülh və sabitliyi təmin etməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, bu mənada, nümunəvi bir yol keçir.
Post-müharibə dövründə izlənilən siyasi xətt, edilən sülh çağırışları, sülh çağırışlarına qarşı olan müsbət münasibət ölkəmizin və onun Liderinin sülhə olan inamının ən böyük göstəricisi idi.
Müharibədən sonra sülh üçün əhəmiyyətli bütün platformalardan istifadə edən ölkəmiz və bu yolda sarsılmaz iradə nümayiş etdirən cənab Prezident xalqımızı və dövlətimizi addım-addım sülhə aparırdı. Amerikada, Avropada və Asiyada keçirilən müxtəlif görüşlər bizi sülhə daha da yaxınlaşdırdı və bu yol bizi 8 avqust 2025-ci il tarixdə Vaşinqton şəhərində keçirilən və çox mühüm beynəlxalq sənədlərin imzalanması ilə müşayiət olunan tarixi görüşə apardı.
Vaşinqtonda keçirilən görüş ona görə tarixi görüş hesab olunur ki, ilk dəfə mühüm sənədlər imzalandı və tərəflər üzərinə rəsmi olaraq öhdəliklər götürdü. Eyni zamanda görüşdə rəsmi Vaşinqton sadəcə ev sahibliyi etmədi, həm də ölkəmizlə strateji tərəfdaşlığını bütün dünyaya rəsmi olaraq bəyan etdi. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Starteji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması bunun rəsmi təsdiqidir. Cənab Prezident yerli mediaya verdiyi müsahibədə artıq işçi qrupunun tərkibinin müəyyənləşdiyini bildirdi və vaxt itirməyin lazım olmadığını qeyd etdi. Bununla da yaxın dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinin əsası qoyuldu.
Vaşinqton görüşü və bu görüşün nəticələri ölkəmizin növbəti diplomatik qələbəsi və Azərbaycanın regional və qlobal sülhə mühüm töhfəsidir. Görüş çərçivəsində imzalanan tarixi sənədlər Azərbaycan xalqının və onun güclü Liderinin sülh əzminin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin imzaladıqları Birgə Bəyannamə, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanması həm tarixilik, həm də diplomatik aspektdən çox önəmlidir.
Bu mühüm və tarixi görüş sülh sazişinin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsi, ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət imzalanması, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılması, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantı, Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edilməsi kimi məsələlərin həll edilməsi ilə yadda qaldı.
Bu tarixi görüş və görüşdə ölkəmizin əldə etdiyi müsbət nəticələr bir tərəfdən cənab Prezidentin çoxşaxəli siyasətinin, digər tərəfdən isə onun şəxsi nüfuzunun və Liderlik xüsusiyyətlərinin nəticəsi idi. İmzalanan beynəlxalq sənədlərin məzmunu, Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarında qarşılanma forması və görüşlər zamanı istifadə edilən diplomatik üslub cənab Prezidentin siyasi ağırlığının və böyük bir dünya lideri olduğunun ən böyük sübutlarındandır.
Ümumilikdə, imzalanan sənədlər, qəbul edilən qərarlar cənəb Prezidentin ölkəmizin milli maraqlarının qorunması, regional və qlobal sülhə nail olunması istiqamətində göstərdiyi böyük liderlik missiyasının təntənəsidir.
Əjdər Əliyev
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər