NAXÇIVAN :

26 Oktyabr 2026, Bazar ertəsi

Eldəniz Əzizli beşqat dünya çempionu olub

...

Azərbaycan güləşçisi Eldəniz Əzizli Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

"Şərq qapısı" xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşqat dünya çempionu olub.

Qeyd edək ki, bu gün Sənan Süleymanov (77 kq) da finalda moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq.

Nəşr edilib : 25.10.2026 18:15