NAXÇIVAN :

27 Oktyabr 2026, Çərşənbə axşamı

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib

...

"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Belə ki, "Nissan" markalı avtomobillə "KİA" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb. Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 25.10.2026 21:29