NAXÇIVAN :

19 Mart 2025, Çərşənbə

“Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası'' mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun  təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan  Dövlət Universitetinin aidiyyatı əməkdaşları ilə birgə  Ordubad rayon İcra Hakimiyyətində “Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda maarifləndirici tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Ordubad rayon İcra Hakimiyətinin şöbə müdiri  Emin Mehbalıyev giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətdən danışıb. 
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması, bu pozuntuların baş verəsinə imkan verən səbəb və halları aradan qaldırılması, yetkinlik yaşına çatmayanların hüquqları və qanuni mənafelərinin qorunması, yetkinlik yaşına çatmayanların cinayətkar fəaliyyətə cəlb edilməsi hallarının aşkar edilməsi və aradan qaldırılmasına dair tədbirlər həmçinin, yetkinlik yaşına çatmayan şəxsləri nikaha daxil olmağa məcbur etmə hallarının qarşısının alınmasından bəhs edib.
Tədbirdə, həmçinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Samiq Məmmədov, Səhiyyə Nazirliyinin əməkdaşı Nigar Səfərova və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Nuranə Səlimova mövzu ilə bağlı çıxış ediblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Nəşr edilib : 19.03.2025 19:31