NAXÇIVAN :

24 Oktyabr 2026, Şənbə

İstiqlal Muzeyində “Birgə Yaddaş – Ortaq Gələcək” sərgisi açılıb

...

Azərbaycan İstiqlal Muzeyində ölkəmizin əsrlər boyu formalaşmış dini və mədəni müxtəlifliyini, multikulturalizm dəyərlərini və tolerantlıq ənənələrini əks etdirən “Birgə Yaddaş – Ortaq Gələcək” adlı sərginin açılış mərasimi keçirilib.
"Şərq qapısı" xəbər verir ki, sərginin əsas məqsədi Azərbaycanın zəngin tarixi-mədəni irsini təbliğ etmək, dini və mədəni müxtəlifliyə hörməti təşviq etmək, həmçinin qarşılıqlı anlaşma və birgəyaşayış ənənələrinin qorunmasının əhəmiyyətini vurğulamaqdır.
Tədbirdə Azərbaycanın multikulturalizm ənənələrindən, müxtəlif dini icmalar arasında qarşılıqlı hörmət və dialoqun əhəmiyyətindən, eləcə də tolerantlıq dəyərlərinin gələcək nəsillərə ötürülməsinin vacibliyindən bəhs olunub.
Sərgidə ölkəmizin dini və mədəni irsini, tarixən formalaşmış birgəyaşayış ənənələrini əks etdirən müxtəlif materiallar nümayiş etdirilib.
Sərgi noyabrın 2-dək davam edəcək.

Nəşr edilib : 24.10.2026 11:17