NAXÇIVAN :

24 Oktyabr 2026, Şənbə

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

...

Oktyabrın 23-də ölkə ərazisində polis əməkdaşları tərəfindən qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.
"Şərq qapısı" xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 127 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Gün ərzində cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Nəşr edilib : 24.10.2026 10:32