NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Yeni monoqrafiya işıq üzü görüb

...

Rusiyada yaşayan soydaşımız İmran Abdinovun tariximizlə bağlı araşdırmaları maraq doğurmaqla geniş elmi ictimaiyyətə bəlli olmayan həqiqətlərin üzə çıxarılmasında mühüm mənbələrə söykənir. Bu günlərdə onun “Rusiya imperiya ordusunun Azərbaycan alayı” kitabı çapdan çıxıb. AMEA Tarix və Etnologiya İnstitutunun qərarı ilə nəşr olunan monoqrafiyanın baş redaktoru, tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov, məsul redaktor tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Həsənov, rəyçilər Ramil Niftəliyev, Eldar Əliyev, Sultan Mərzilidir. Bakıda “Füyuzat” nəşriyyatında çapdan çıxmış monoqrafiyada Birinci Dünya müharibəsində vuruşan, “vəhşi diviziya” kimi tanınan Qafqaz yerli süvari diviziyasının və onun tərkibində olan Azərbaycan alayının yaranmasından, döyüş yolundan və sonrakı taleyindən söz açılır. Əsərin yaranmasında Rusiya arxivlərinin materialları ilə yanaşı, rus, Azərbaycan və dünya tarixçilərinin əsəsrlərindən də istifadə edilmişdir. Kitab Azərbaycan hərb tarixinin öyrənilməsində atılan uğurlu addımlardan biri sayıla bilər.

Nəşr edilib : 30.07.2025 10:56