Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 1...
10:23 25.08.2026
0
0
0
Yaponiyanın Kumamoto prefekturasında baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 30-a yüksəlib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi hökumətin fövqəladə halların idarə olunması qərargahının iclasında bildirib.
Qeyd edək ki, çərşənbə axşamı yerli vaxtla saat 16:27-də Yaponiyanın Kumamoto prefekturasında 7,1 bal gücündə zəlzələ qeydə alınıb. Hazırda hakimiyyət orqanları təbii fəlakətin vurduğu ziyanın miqyasını qiymətləndirir, eyni zamanda, bölgədə axtarış-xilasetmə və yardım əməliyyatları davam etdirilir.
Digər xəbərlər