NAXÇIVAN :

13 Aprel 2025, Bazar

XI siniflər üçün növbəti buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək

...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 15 fevral 2025-ci il tarixdə şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq növbəti buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək.
Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunacaq. 
Qeyd edək ki, təşkil olunacaq növbəti  monitorinq  2024-2025-ci tədris ilində keçiriləcək üçüncü buraxılış qiymətləndirmə monitorinqidir.

Nəşr edilib : 06.02.2025 13:24