NAXÇIVAN :

31 Oktyabr 2026, Şənbə

Milli Məclisin komitə sədri: Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisində artım müşahidə olunur

...

Ölkəmizdə Prezident İlham Əliyev tərəfindən sosial sahəyə, eyni zamanda, səhiyyəyə olan qayğı və diqqət günbəgün artır. Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisində artım müşahidə olunur. Bu il əhalinin sağlamlığının qorunmasını, qorunmasını təmin etmək üçün yalnız büdcədən 2 milyard 100 milyona yaxın vəsait ayrılıb. Əgər İcbari Tibbi Sığorta Fondunun da vəsaitlərini bura daxil eləsək, görərik ki, bütövlükdə çox böyük bir vəsait deməkdir.
"Şərq qapısı" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “TRANSPLANT 360° – Diaqnostikadan transplantasiyaya” elmi-praktik konfransının rəsmi açılış mərasimindəki çıxışında deyib.
"Təxminən bir 5-6 il bundan öncəyə qədər səhiyyə xərcləri büdcədən cəmi maksimum 800 milyon təşkil edirdi. İndi görürük ki, bu artıq 4 milyard civarında, 4 milyardın üzərindədir. Bu, göstərir ki, ölkə başçımız bu sahəyə çox ciddi fikir verir və ilbəil də ayrılan vəsaitlər artır", - deyə o bildirib.

Nəşr edilib : 31.10.2026 14:53