NAXÇIVAN :

25 Aprel 2025, Cümə

Xarici işlər naziri: Minsk təsisatlarını saxlamağın heç bir məntiqi yoxdur

...

Minsk qrupu məhz Qarabağ məsələsini həll etmək üçün təsis edilmişdi və artıq ərazilərimiz işğaldan azad edilib. Ona görə də Minsk təsisatlarını saxlamağın heç bir məntiqi yoxdur.

"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 25-də ATƏT-in Baş katibi Ferudin Sinirlioğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Ermənistan da Minsk qrupunun ləğvi istiqamətində zəruri addımlar atmalıdır. Bu proses nə qədər tez həyata keçsə, ümumi mühitə və postmünaqişə dövründə normallaşma prosesinə bir o qədər müsbət təsir göstərəcək. Biz anlamırıq ki, Ermənistan hələ də bu strukturların saxlanmasında niyə maraqlıdır”, - deyə Azərbaycanın xarici işlər naziri vurğulayıb.

Nəşr edilib : 25.04.2025 19:16