NAXÇIVAN :

11 Avqust 2026, Çərşənbə axşamı

Vergi ombudsmanına müraciətlərin sayı 2 dəfədən çox artıb

...

2025-ci ildə Vergi ombudsmanına 181 vergi ödəyicisindən 337 müraciət, o cümlədən 156 eyni, 6 təkrar müraciət çıxıldıqdan sonra 175 sayda faktiki müraciət daxil olub.

"Şərq qapısı" bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bu göstərici 2024-cü illə müqayisədə 2,2 dəfə artıb.

Məlumata görə, 4 vergi ödəyicisinin əvvəlki hesabat ilində daxil olmuş müraciətləri də nəzərə alınmaqla cari hesabat dövründə 179 sayda müraciət üzrə araşdırma aparılıb. Bunun nəticəsində 100 müraciət üzrə tövsiyə verilməsinə ehtiyac yaranmayan hal olub və onlardan l 72 müraciət üzrə vergi ödəyicilərinin hüququnun pozulması halı müəyyən edilməyib, l 16 müraciət üzrə müraciətə səbəb olan hal araşdırma müddətində aradan qalxıb, l 12 müraciət əsasnamə ilə səlahiyyətlərə aid olmadığından müraciət edən şəxslərə müvafiq izah verilib.

Həmçnin, 76 müraciət üzrə vergi ödəyicilərinin hüquqlarının pozulduğu müəyyən edilərək aidiyyəti struktur bölmələrə tövsiyə verilib və həmin tövsiyələrdən l 57 müraciət üzrə verilmiş tövsiyələr nəzərə alınaraq vergi ödəyicilərinin pozulmuş hüquqları bərpa edilib, l 19 müraciət üzrə verilmiş tövsiyələr aidiyyəti struktur bölmələr tərəfindən nəzərə alınmayıb.

Hesabat dövrünün sonuna 3 müraciət üzrə araşdırma davam etdirilib.

Bundan əlavə, hesabat dövrü ərzində Vergi ombudsmanı xidməti baş idarəsinin vəzifəli şəxsləri tərəfindən 7 vergi ödəyicisi qəbul edilib. Vergi ödəyicilərinin hüquqlarının pozulması hallarının aşkar edilməsi məqsədilə vergi ödəyicilərindən daxil olmuş müraciətlərin təhlili əsasında 4 istiqamət üzrə araşdırma aparılıb. Aparılmış qiymətləndirmə və təhlillər əsasında şikayətləri yaradan səbəblərin müəyyən edilməsi məqsədilə 5 istiqamət üzrə araşdırma aparılıb. Vergi ödəyicilərinin vergi və sığorta qanunvericiliyi (inzibatçılığı) sahəsində rastlaşdıqları çətinliklərin öyrənilməsi və bu istiqamətdə tədbirlərin görülməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 14 saylı, 13 saylı və 9 saylı Ərazi Vergilər İdarələrində qeydiyyatda olan vergi ödəyiciləri ilə görüşlər keçirilib.

Əlavə olaraq, vergi ödəyicilərinin hüquqlarının qorunması baxımından DVX-də həyata keçirilən 8 sayda iş prosesi üzrə təhlillər aparılıb. Beynəlxalq təcrübənin öyrənilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi çərçivəsində müxtəlif ölkələrin (Avstraliya, Hindistan, Gürcüstan, Fransa, Polşa) vergi administrasiyalarının və vergi ombudsmanı institutlarının fəaliyyətinə dair araşdırmalar aparılıb, həmçinin təcrübə mübadiləsi məqsədi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının London şəhərinə işgüzar səfər təşkil olunub.

Nəşr edilib : 11.08.2026 17:10