Fələstin Dövlətinin Prezidenti Türkiyəyə üçgünlük ...
17:16 11.08.2026
0
0
0
2025-ci ildə Azərbaycanda vergi hüquqpozmaları ilə bağlı icraatda olmuş cinayət işlərinin sayı 2131 təşkil edib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ötənilki fəaliyyətinə dair illik hesabatda bildirilir.
Hesabat dövründə barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin sayı 7, başa çatmış cinayət işləri üzrə vurulmuş ziyan 202,7 milyon manat, cinayət işləri üzrə dövlət büdcəsinə ödənilmiş vəsait 156 milyon manat təşkil edib.
2025-ci ildə icraatda olmuş cinayət işlərinin 980-i və ya 46 faizi başlanmış, 75-i və ya 3,5 faizi əvvəlki ildən icraatda qalmış, 1007-si və ya 47,3 faizi icraatı təzələnmiş, 39-u və ya 1,8 faizi başqa işlərdən ayrılmış, 20 və ya 0,9 faizi qaytarılmış, 10 və ya 0,5 faizi digər hüquq-mühafizə orqanlarından daxil olmuş işlər olub.
Digər xəbərlər