Bir sıra bəyannamələrin tərtib olunması qaydaları ...
14:48 11.08.2026
0
0
0
Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTÜ) və Hacettepe Universitetinin tədris proqramları əsasında, Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşlığı ilə fəaliyyət göstərən Türkiyə-Azərbaycan Universiteti beynəlxalq akademik təcrübəni Azərbaycanda yeni təhsil imkanları ilə birləşdirir.
"Şərq qapısı" xəbər verir ki, Türkiyə-Azərbaycan Universitetində tələbələri ingilis dilində tədris, iki fərqli diplom, müasir laboratoriyalar, beynəlxalq akademik mühit və real sənaye təcrübəsi gözləyir.
Bu ali təhsil müəssisəsi fərqli universitetlərin təcrübəsi, vahid akademik mühit və qlobal karyera imkanlarına açılan bir yoldur. Türkiyə-Azərbaycan Universiteti gələcəyin mühəndisləri üçün yeni ünvandır.
Qeyd edək ki, hazırda 174 tələbənin təhsil aldığı universitetə bu il üç ixtisas üzrə ümumilikdə 120 plan yeri ayrılıb. Onlardan 60 yer kompüter mühəndisliyi, 30 yer sənaye mühəndisliyi, 30 yer isə qida mühəndisliyi ixtisası üçün nəzərdə tutulub.
Digər xəbərlər