NAXÇIVAN :

11 Avqust 2026, Çərşənbə axşamı

Fələstin Dövlətinin Prezidenti Türkiyəyə üçgünlük səfərə gəlir

...

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Türkiyəyə rəsmi səfərə gəlir.

"Şərq qapısı" xəbər verir ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə təşkil olunub.

Yüksəksəviyyəli danışıqların avqustun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıqlar zamanı Yaxın Şərqdəki vəziyyətə xüsusi diqqət yetiriləcəyi gözlənilir.

Səfər avqustun 13-də başa çatacaq.

2024-cü il avqustun ortalarında Türkiyənin paytaxtı Ankaraya səfəri zamanı Fələstin Dövlətinin Prezidenti Türkiyə Böyük Millət Məclisinin növbədənkənar iclasında çıxış edərək yaxın vaxtlarda Qəzza zolağına səfər etmək niyyətində olduğunu bildirmişdi.

Nəşr edilib : 11.08.2026 17:16