Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
13 mart 2026-cı il tarixdə Şahbuz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Ülvi Əliyev açaraq keçirilən tədbirin əhəmiyyətindən danışıb. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin məsləhətçisi Elsun Cahangirli təqdimatla çıxış edərək bildirib ki, uşaq əməyinin istismarı uşaqların fiziki, əqli, emosional və sosial inkişafına mənfi təsir göstərən amildir. Buna görə də valideynlər və cəmiyyətin digər üzvləri uşaq əməyinin zərərləri və qanunsuzluğu barədə məlumatlandırılır. Ölkəmizin milli qanunvericilik sistemi uşaq hüquqları ilə bağlı müxtəlif beynəlxalq sənədlərdən irəli gələn normalar əsasında daha da təkmilləşdirilib. Qeyd edilib ki, keçirilən maarifləndirmə tədbirləri uşaqların təhsilinə və sağlamlığına daha çox diqqət artırılmasını təşviq edir.
Tədbir diskussiya şəklində davam edib və mövzu ilə əlaqədar broşürlər paylanılıb.
Digər xəbərlər