Elmi dərəcə və ad alan 56 şəxsə diplom və attestat...
16:33 30.10.2026
0
0
0
Baş nazir Əli Əsədov yaxın zamanlarda Heydər Əliyev adına Tbilisi Peşəkar Azərbaycan Dövlət Dram Teatrının yeni binasının tikintisinə başlanacağına ümidvar olduğunu bildirib.
"Şərq qapısı" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasında çıxışı zamanı deyib.
O, mədəni-humanitar sahənin hər zaman olduğu kimi əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qaldığını vurğulayıb.
“İki ölkədə yaşayan azərbaycanlı və gürcü icmaları münasibətlərin inkişafında xüsusi rol oynayırlar. Onların ana dilində təhsil imkanlarının təmin olunması və müvafiq məktəblərin fəaliyyəti xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir”, - deyə Baş nazir əlavə edib.
Digər xəbərlər