NAXÇIVAN :

30 Oktyabr 2026, Cümə

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb

...

“Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Oktyabrın 30-da Ağdam şəhərinə yola düşən növbəti köç karvanı ünvana çatıb.

"Şərq qapısı" xəbər verir ki, bu mərhələdə 70 ailə olmaqla, 238 keçmiş məcburi köçkün doğma yurda - Ağdam şəhərinə qovuşub.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Nəşr edilib : 30.10.2026 13:18