NAXÇIVAN :

31 Oktyabr 2026, Şənbə

Sabah hava əsasən yağmursuz olacaq

...

Azərbaycanda oktyabrın 31-nə gözlənilən hava şəraiti açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 11-14, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləck. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 17-21, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

Nəşr edilib : 30.10.2026 12:50