NAXÇIVAN :

23 Yanvar 2025, Cümə axşamı

Türkiyənin XİN başçısı Fidan ABŞ-nin dövlət katibi Rubio ilə danışıb

...

Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Marko Rubio ilə telefon danışığı aparıb.
“Şərq qapısı” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
“Xarici İşlər Naziri Hakan Fidan həmkarına yeni vəzifəsində uğurlar arzulayıb”, – telekanal qeyd edib.
Tərəflər Türkiyə və ABŞ-nin iki müttəfiq olaraq əməkdaşlıqlarını qarşılıqlı hörmət və etimad əsasında həyata keçirmək istiqamətindəki qətiyyətlərini vurğulayıblar. Regional məsələlərdə koordinasiya içində hərəkət etməyin əhəmiyyətinə toxunublar.

Nəşr edilib : 22.01.2025 22:59