Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində bir sıra binalar dağılıb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Zərərçəkən binaların görüntüləri yerli mediada yayılıb. Sındırğı bələdiyyəsinin sədri Serkan Sakın sözlərinə görə, rayonda 10 bina dağılıb. Həmçinin iki nəfərin dağıntıların altında qaldığı bildirilir.
Qeyd edək ki, təbiət hadisəsi Sındırğı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Qeyd edilir ki, təbii hadisələr 4.6 və 4.3 maqnitudada qeydə alınıb.
***
Türkiyənin Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.
"Şərq qapısı" xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata görə, yeraltı təkanların episentri Balıkesirin Sındırqı rayonudur.
Yerli vaxtla saat 19:53-də qeydə alınan zəlzələ İstanbul da daxil olmaqla, ölkənin Mərmərə və Egey bölgəsində bir çox vilayətdə hiss olunub.
Digər xəbərlər