NAXÇIVAN :

30 Yanvar 2025, Cümə axşamı

Türkiyə XİN: Türkiyə-Azərbaycan-Özbəkistan formatında görüşlər həmrəyliyin göstəricisidir

...

COVID-19 pandemiyası və Rusiya ilə Ukrayna arasındakı baş verən müharibə dünya tədarük zəncirlərində pozulmalara səbəb oldu. Bu hadisələr fonunda Türkiyə, Azərbaycan və Özbəkistan Asiya ilə Avropa arasındakı tarixi İpək Yolu üzərində yerləşən ölkələrimizin iqtisadi, nəqliyyat və enerji əlaqələrini gücləndirəcək layihələrini müzakirə etmək məqsədilə üçtərəfli platforma qurdu. Bundan əlavə, görüşlərdə gömrük tətbiqlərinin və qanunvericiliklərinin uyğunlaşdırılması, elektron xidmətlərin istifadəsinin yayılması və ticarət maneələrinin qarşılıqlı fayda prinsipinə əsaslanaraq tədricən aradan qaldırılması məsələləri də müzakirə edilir. Türkiyə-Azərbaycan-Özbəkistan formatında keçiriləcək növbəti üçtərəfli görüş, eyni zamanda, Türkiyənin Türk dünyası ölkələri ilə göstərdiyi yaxın həmrəyliyin və əməkdaşlığın konkret göstəricisidir.

"Şərq qapısı" xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) yanvarın 29-da Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan respublikalarının xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin nəzərdə tutulan üçüncü üçtərəfli görüşü ilə bağlı açıqlamasında bildirilib.

Türkiyə XİN-in açıqlamasında ölkənin xarici işlər naziri Hakan Fidanın toplantıda xarici siyasət məsələləri, regional əməkdaşlıq, ticarət, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrinin inkişafı, nəqliyyat və rabitə sektorlarında əməkdaşlığın gücləndirilməsi kimi məsələlərə vurğu edəcəyinin gözlənildiyini bildirib.

Nəşr edilib : 28.01.2025 17:42