NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Türk dövlətləri yeni maliyyə şuralarının yaradılmasını dəstəkləyib

...

Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələr Qazaxıstanın təşkilata üzv dövlətlərin Yaşıl Maliyyə Şurasının və Mərkəzi (Milli) Banklar Şurasının yaradılması təşəbbüslərini dəstəkləyib.
"Şərq qapısı" Qazaxıstan Respublikası Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, bu təşəbbüs oktyabrın 18-də Bişkekdə TDT-nin iştirakçısı olan ölkələrin iqtisadiyyat və ticarət nazirlərinin 13-cü iclasında təsdiq edilib.
İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstan rəsmiləri iştirak ediblər.
Əsas müzakirə mövzusu TDT-yə üzv dövlətlərin gələcək əməkdaşlığının gücləndirilməsi və iqtisadi inkişaf məsələləri olub.

Nəşr edilib : 19.10.2024 22:38