NAXÇIVAN :

01 Sentyabr 2026, Çərşənbə axşamı

Parlamentlərarası əlaqələr genişləndirilir: Serbiyada mühüm görüş

...

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfəri çərçivəsində sentyabrın 1-də Serbiya Milli Assambleyasının sədri Anna Brnabiç ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Azərbaycan-Serbiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Sahibə Qafarova ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edərək, qarşılıqlı etimad və hörmətə əsaslanan münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Parlamentin sədri yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə həyata keçirdiyi təşəbbüslərdən, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyətindən danışıb.
Anna Brnabiç Azərbaycan-Serbiya münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib, parlamentlərarası əlaqələrin də müsbət dinamika ilə davam etdiyini bildirib. O, ötən ilin sentyabrında Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayaraq, səfər çərçivəsində keçirilmiş görüşlərin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 01.09.2026 19:08