NAXÇIVAN :

01 Sentyabr 2026, Çərşənbə axşamı

Milli Məclisin sədri Sahibə Qafarova Somali Prezidenti ilə görüşüb

...

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfəri çərçivəsində sentyabrın 1-də Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmudla görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayan Prezident Həsən Şeyx Mahmud həmin səfər zamanı aparılmış danışıqların və imzalanmış sənədlərin əhəmiyyətini diqqətə çatdırıb.

Söhbət zamanı dövlətlərarası münasibətlərin mühüm istiqaməti olan parlamentlərarası əlaqələrin mühüm əhəmiyyəti qeyd olunub. Spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisinin Somali parlamenti ilə əlaqələri daha da inkişaf etdirməyə hazır olduğunu bildirib. Milli Məclisin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin gördüyü işlər barədə fikirlərini bölüşüb.

Söhbət zamanı Azərbaycan ilə Somali arasında münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nəşr edilib : 01.09.2026 18:22