NAXÇIVAN :

01 Sentyabr 2026, Çərşənbə axşamı

CNOOC Azərbaycanda enerji layihələrində iştirak etməkdə maraqlıdır

...

Energetika naziri Pərviz Şahbazov "China National Offshore Oil Corporation” (CNOOC) şirkətinin Müşahidə Şurasının sədri Zhang Chuanjiang ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub, iki ölkə arasında müxtəlif sahələrdə uğurla davam edən əməkdaşlığın enerji sektorunda da geniş imkanlar yaratdığı vurğulanıb. Azərbaycan-Çin strateji əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edən sənədlərin əhəmiyyəti qeyd olunub.

Görüşdə Azərbaycan və Çin şirkətləri arasında enerji sahəsində formalaşmış əməkdaşlıq əlaqələri müzakirə edilib, mövcud tərəfdaşlığın inkişaf etdirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

CNOOC şirkətinin nümayəndələri Azərbaycanda həyata keçirilən enerji layihələrində iştirak etmək maraqlarını ifadə ediblər. Müzakirələr zamanı neft-qaz sektoru və yaşıl enerji sahəsində potensial layihələr, o cümlədən Xəzər dənizində mümkün enerji layihələri barədə müzakirələr aparılıb.

Nəşr edilib : 01.09.2026 18:20