Azərbaycan və Pakistanın tarixi-mədəni irsini əks ...
11:19 24.10.2026
0
0
0
Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak edəcək.
''Şərq qapısı" Rusiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Moskva daha ədalətli çoxqütblü dünya nizamının yaradılmasına dair yanaşmalarını təqdim etmək, Avrasiyada bərabər və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu vurğulamaq niyyətindədir.
Sammit iştirakçıları AQEM-in daha da inkişafını, Avrasiyada çoxtərəfli birliklərin qarşılıqlı fəaliyyətini nəzərdən keçirəcək, aktual beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
Rusiyanın himayəsi altında olan kiçik və orta sahibkarlığın təşviqi, informasiya təhlükəsizliyi sahələri də daxil olmaqla, praktik əməkdaşlığın da müzakirə olunacağı gözlənilir.
Digər xəbərlər