NAXÇIVAN :

01 Fevral 2025, Şənbə

Şəhər birinciliyinin qalibləri məlum olub

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 2 Fevral – Gənclər Günü ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq “Gənclər həftəsi” çərçivəsində daha bir tədbir keçirilib. Belə ki, yanvarın 31-i İlham Əliyev adına Olimpiya İdman Kompkleksində güləş üzrə Naxçıvan şəhər açıq birinciliyi reallaşıb. 
İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Mükafatları gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov təqdim edib. 
Nəticələrə gəlincə, müvafiq çəki dərəcələrində Ramazan Məmmədli, Səfər Ağayev, Fuad İsgəndərli, Qəhrəman Qəhrəmanlı, Əli Kazımov, Yusif İsayev, Şamxal Əlizadə, Rza Rzayev, Murad Kərimov və Məhəmməd Əhmədli birinci olublar.
Qeyd edək ki, Gənclər və idman idarəsi ilə Uşaq-gənclər idman məktəbinin təşkilatçılığı ilə reallaşan yarışda Naxçıvan şəhəri, eləcə də Babək və Kəngərli rayonlarından ümumilikdə 60 idmançı iştirak edib.

Nəşr edilib : 31.01.2025 21:56