Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini ...
00:44 21.08.2026
0
0
0
UEFA Konfrans Liqasında Niderlandda üz-üzə gələn "Tvente" və “Qarabağ” komandaları arasında pley-off mərhələsinin ilk oyunu başa çatıb.
"Şərq qapısı" xəbər verir ki, Ensxede şəhərindəki “Qrols Veste” stadionunda keçirilən matç Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.
Komandalar arasında cavab görüşü isə avqustun 27-də Bakıda təşkil olunacaq.
23:05
UEFA Konfrans Liqasında Niderlandda üz-üzə gələn "Tvente" və “Qarabağ” komandaları arasında pley-off mərhələsinin ilk oyununun ikinci hissəsi başlayıb.
"Şərq qapısı" xəbər verir ki, Ensxede şəhərindəki “Qrols Veste” stadionunda keçirilən matçın ilk yarısında hesab açılmayıb - 0:0.
Görüşü albaniyalı baş hakimi Yucin Caya idarə edir.
Komandalar arasında cavab görüşü isə avqustun 27-də Bakıda təşkil olunacaq.
22:05
UEFA Konfrans Liqasında Niderlandda "Tvente" və “Qarabağ” komandaları arasında pley-off mərhələsinin ilk oyunu başlayıb.
"Şərq qapısı" xəbər verir ki, Ensxede şəhərindəki “Qrols Veste” stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 22:00-da start götürüb.
Görüşü albaniyalı baş hakim Yucin Caya idarə edir.
Komandalar arasında cavab oyunu isə avqustun 27-də Bakıda təşkil olunacaq.
Digər xəbərlər