NAXÇIVAN :

20 Avqust 2026, Cümə axşamı

Azərbaycan ağırlıqqaldıranı Nuray Əbilova Avropa birinciliyində iki medal qazanıb

...

Azərbaycan ağırlıqqaldıranı Nuray Əbilova Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində 2 medal qazanıb.
Bu barədə "Şərq qapısı"na Azərbaycan Ağırlıqqaldırma Federasiyasından məlumat verilib.
Birdən qaldırma hərəkətində 70 kq çəkini başı üzərinə qaldıran idmançı təkanla qaldırmada 85 kq-ın öhdəsindən gələrək bürünc mükafata sahib çıxıb.
O, toplamda isə 155 kq nəticə ilə növbəti bürünc medal qazanıb.

Nəşr edilib : 20.08.2026 23:14