NAXÇIVAN :

21 Avqust 2026, Cümə

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Kosta Rikanın xarici işlər nazirinə təqdim edib

...

Azərbaycan Respublikasının Kosta Rikada yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev etimadnaməsinin surətini Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Tovar Riveraya təqdim edib.

Səfirlikdən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan–Kosta Rika münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Münasibətlərin siyasi dialoq, qarşılıqlı yüksək səviyyəli səfərlər və ikitərəfli siyasi məsləhətləşmələr vasitəsilə daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Tovar Rivera Azərbaycanın səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Nəşr edilib : 21.08.2026 00:44