NAXÇIVAN :

13 Mart 2025, Cümə axşamı

Sədərəkdə çörək sexində nöqsanlar aşkarlanıb

...

Sədərək rayonu Sədərək kəndində yerləşən, Sadiqov Mehman Nurəddin oğluna məxsus çörək sexində Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı bir sıra nöqsanlar aşkarlanıb. 
"Şərq qapısı" xəbər verir ki, müəssisədə əsaslı təmir işlərinin aparılmadığı, dezinfeksiya işlərinin həyata keçirilmədiyi, işçilərin müvafiq tibbi yoxlamadan keçmədiyi, alət və avadanlıqların vaxtında təmizlənmədiyi müəyyən edilib. 
Faktla bağlı müvafiq tədbirlər görülmüş, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.

Nəşr edilib : 13.03.2025 17:54