Dağlıq rayonlarda şaxta qeydə alınıb - FAKTİKİ HAV...
10:57 22.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüşdə" iştirak etmək məqsədilə Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Hərbi Polis İdarəsi rəisinin müavini general-mayor Kox Vitaliyin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, qonaqlar əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzərək xatirələrinə ehtiram nümayiş etdiriblər.
Sonra Hərbi Polis İdarəsinə gələn Rusiya nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin idarənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.
Hər iki ölkənin nümayəndə heyətinin iştirakı ilə keçirilən görüşdə qonaqlara Hərbi Polis İdarəsinin tarixi və gündəlik fəaliyyəti, maddi-texniki təchizat və təlim proqramı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rusiya nümayəndə heyəti, həmçinin hərbi polis bölmələrinin istifadəsində olan müasir silah və texnika, inzibati bina, idman zalı və avtomobil parkı ilə tanış olub.
Rusiyalı qonaqlar səfər çərçivəsində Hərbi Polis İdarəsinin tabeliyində olan "N" hərbi hissəsini ziyarət edib, təlim poliqonunda hərbi polis bölmələrinin yaşayış məntəqəsi və hərbi obyektlərdə axtarış-xilasetmə fəaliyyəti, silahlıların zərərsizləşdirilməsi və hərbi əsirlərin təxliyə olunması üzrə nümayiş məşğələsini izləyiblər.
Digər xəbərlər