NAXÇIVAN :

08 Oktyabr 2026, Cümə axşamı

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

...

ABŞ Prezidenti Donald Tramp HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunun üçüncü ildönümündə İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.
“Şərq qapısı” xəbər verir ki, Donald Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
ABŞ Prezidenti Netanyahuya və İsrail xalqına xoş arzularını çatdırdığını deyib.
“Qarşı tərəf bu hücumlara görə çox böyük qiymət ödəyir”, – deyə Donald Tramp əlavə edib.

Nəşr edilib : 07.10.2026 23:22