Xanbulağın gileyi
19:18 07.10.2026
0
0
1
NAXÇIVAN :
07 Oktyabr 2026, Çərşənbə
Qazaxıstanın paytaxtı Astanada “Süni intellekt dövründə rəqəmsal transformasiya, həmkarlar ittifaqlarının rolu və əmək hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq forum təşkil olunub.
Bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından məlumat verilib.
Qeyd olunub ki, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Beynəlxalq Əmək Təşkilatının və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri, bir sıra ölkələrin həmkarlar ittifaqlarının rəhbərləri iştirak ediblər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov forum çərçivəsində təşkil olunan “Avtomatlaşdırma və məşğulluq. Ədalətli keçid” panel sessiyasında çıxış edərək rəqəmsal transformasiya prosesində insan amilinin önəmini, işçilərin əmək hüquqlarının və sosial müdafiəsinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar insanların daha səmərəli, təhlükəsiz və layiqli şəraitdə işləməsinə xidmət etməlidir.
S.Məmmədov bildirib ki, Azərbaycanda rəqəmsal və yaşıl transformasiyanın yaratdığı çağırışlara uyğun olaraq, işçilərin peşəkar inkişafı, yeni bacarıqların formalaşdırılması istiqamətində sistemli tədbirlər görülür və bu mühüm məsələ daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Vurğulanıb ki, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul edilib. Strategiyanın həyata keçirilməsi, ölkədə rəqəmsallaşma, innovasiya və süni intellekt sahələrinə idarəetmə və nəzarəti təşkil etmək məqsədilə Birinci vitse-prezidentin rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb.
Tədbirdə qlobal əmək bazarında mövcud vəziyyət, məşğulluğun yeni formaları, peşə hazırlığı, süni intellekt və rəqəmsal transformasiya şəraitində işçilərin əmək hüquqları və sosial müdafiəsi, həmkarlar ittifaqlarının qarşısında duran yeni vəzifələr, onların bu prosesdə iştirakı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Digər xəbərlər