Naxçıvan məktəblərində təyyarə qəzasında həlak ola...
16:55 26.12.2024
0
0
0
Rusiya həm COP29, həm də konfrans çərçivəsində keçiriləcək parlament konfransında yüksək səviyyədə iştirak edəcək.
"Şərq qapısı" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
Görüşdə COP29-a hazırlıqla bağlı görülən işlər müzakirə edilib. Bu mühüm beynəlxalq tədbirin siyasiləşdirilməsi cəhdlərinin yolverilməz olduğu qeyd edilib. Azərbaycanın qlobal problemlərin həllinə töhfələri yüksək qiymətləndirilib.
Söhbət zamanı həmçinin Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli sənədlər və təşkilatın anti-Azərbaycan fəaliyyəti tənqid edilib. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, AP-nin bu addımları parlamentarizm ruhuna uyğun deyil və ölkəmiz Avropa Parlamentinin reallıqları təhrif edən, qeyri-obyektiv və birtərəfli qətnamələrini qəti şəkildə rədd edir. O, parlamentlər arasında əlaqələrdə obyektiv fikirlərin, dialoqun əhəmiyyətini qeyd edib.
Digər xəbərlər